"Real" ev oyunlarını Valdebebasdakı bazasında keçirəcək.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, La Liqa rəhbərliyi "Real"ın matçlarını bazasında oynamasına icazə verib. Madrid klubunun ev oyunlarının 2021-ci ilin yanvar ayına kimi Valdebebasda keçiriləcəyi bildirilir. Bura avrokuboklar da aiddi.
Kapitan Serxio Ramos da "El Partidazo"nun efirində, qarşılaşmaların bazada oynanılacağını təsdiqləyib. Futbolçuların 2021-ci ilin yanvarına kimi Valdebebasda qalacaqları bildirilir.
Yalnız azarkeşlərin tribunalara buraxılmasına icazə verildikdən sonra böyük futbolun "Santyaqo Bernabeu" stadionuna qayıtması mümkün olacaq.
Milli.Az