İdman

Təmsilçimiz Çempionlar Liqasından məhrum edilməyəcək

12 May 2020 11:10
0 Şərh     Baxış: 1 446
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA qurumun reytinqində  12-ci pillədən aşağı ölkələrin çempionlarının Çempionlar Liqasının qrup mərhələsinə buraxılmayacağı ilə bağlı yayılan iddialara münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qurumdan verilən məlumatda bu iddialar təkzib edilib. UEFA heç vaxt çempion olan komandaları təsnifat oyunları vasitəsilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünmədiyini vurğulayıb.

Qeyd edək ki, dünən "The Times" nəşri hazırda turnirlər dayandırıldığı üçün gələn mövsüm sıx qrafik olacağını nəzərə alan UEFA seçmə mərhələ oyunlarını azaltmağı, yaxud da tamamilə ləğv etməyi planlaşdırdığını yazmışdı. Digər versiyaya görə isə ÇL-in qrup mərhələsinə vəsiqə əldə edə bilməyən, UEFA reytinqdə yüksək pillələrdə olan 12 ölkənin çempionları bir oyundan ibarət pley-offda qarşılaşa biləcəyi vurğulanmışdı. Bu variant təsdiqlənsə idi, Azərbaycan kimi UEFA reytinqində aşağı pillələrdə qərarlaşan ölkələrin təmsilçiləri Çempionlar Liqasında olmayacaqdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.