İdman

Fettel "Ferrari" ilə yeni müqavilə üzrə razılaşa bilmədi

12 May 2020 08:03
0 Şərh     Baxış: 946
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Formula-1" üzrə dördqat dünya çempionu almaniyalı Sebastyan Fettel "Ferrari" ilə müqavilənin uzadılması üzrə razılaşa bilməyib.

Milli.Az Trend-ə istinadən bildirir ki, S.Fettel 2020-mövsümünün sonunda komandanı tərk edəcək. Bu gün bu barədə rəsmi qərar veriləcək.

Daha əvvəl bildirilirdi ki, "Ferrari" 32-yaşlı S.Fettelə müqaviləni bi mövsüm müddətinə uzatmağı və maaşın azaldılmasını təklif edib. Lakin S.Fettel təklifdən imtina edib.

Qeyd edək ki, S.Fettel 2007-ci ildən "Formula-1"də iştirak edir. Bütün dörd çempionluğunu S.Fettel "Red Bull" komandasında qazanıb (2010-2013). "Ferrari" komandasına S.Fettel 2015-ci ildə keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.