İdman

Çempionlar Liqasında "Yuventus" - "Lion" matçının vaxtı açıqlanıb

9 May 2020 23:51
0 Şərh     Baxış: 2 296
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Lion"la "Yuventus" arasında keçiriləcək cavab oyununun tarixi müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə Fransa klubunun prezidenti Jan-Mişel Olas deyib.

Onun sözlərinə görə, UEFA qarşılaşmanı avqustun 7-nə planlaşdırıb. Turində baş tutacaq matç boş tribunalar önündə keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasındakı ilk oyunda "Lion" 1:0 hesablı qələbə qazanıb, cavab görüşü koronavirus pandemiyası səbəbindən təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.