Koronavirus pandemiyasına görə dayandırılan Almaniya Bundesliqasında mövsüm mayın 16-dan davam etdiriləcək.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu Almaniya Futbol Liqasının rəhbəri Kristian Zayfert bugünkü mətbuat konfransında açıqlayıb. Oyunlar azarkeşsiz keçiriləcək.
Mayında 16-da 26-cı turun "Borussiya (Dortmund) - "Şalke" matçı keçiriləcək.
Bundesliqa rəhbərliyi çempionatı iyunun 27 və ya 28-də yekunlaşdırmağı planlaşdırır.
Qeyd edək ki, Almaniyada indiyədək 168 min 276 insan koronavirusa yoluxub və onlardan 7277-si vəfat edib.
Milli.Az