İdman

UEFA-nın avrokuboklar üçün yeni təqvim variantı

7 May 2020 14:51
0 Şərh     Baxış: 838
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avrokuboklarda mövsümün qalan hissəsinin təqvimi hazırlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bununla bağlı UEFA və Avropanın bir sıra klub prezidentlərinin qeyri-rəsmi videokonfransında açıqlama verilib.

Videokonfransda avrokubokların qalan hissəsinin bərpası üçün milli çempionatların iyulun sonlarınadək yekunlaşdırılmalı olduğu bildirilib.

Avrokuboklarda mövsümün qalan hissəsi üçün təklif edilən təqvim

Çempionlar Liqası

1/8 final mərhələsinin qalan cavab oyunları: 7-8 avqust

"Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə)

İlk oyun - 3:0

"Barselona" (İspaniya) - "Napoli" (İtaliya)
İlk oyun - 1:1

"Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
İlk oyun - 2:1

"Yuventus" (İtaliya) - "Lion" (Fransa)
İlk oyun - 0:1

1/4 final: İlk oyunlar - 11-12 avqust, cavab görüşləri - 14-15 avqust

Yarımfinal: 18-19 avqust və 21-22 avqust

Final: 29 avqust

Avropa Liqası

1/8 final mərhələsinin qalan ilk oyunları: 2-3 avqust

"Sevilya" (İspaniya) - "Roma" (İtaliya)

"İnter" (İtaliya) - "Xetafe" (İspaniya)

1/8 final mərhələsinin qalan cavab oyunları: 6 avqust

"Vulverhempton" (İngiltərə) - "Olimpiakos" (Yunanıstan)
İlk oyun - 1:1

"Bayer" (Leverkuzen, Almaniya) - "Reyncers" (Şotlandiya)
İlk oyun - 3:1

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Volfsburq" (Almaniya)
İlk oyun - 2:1

"Mançester Yunayted" (İngiltərə) - LASK (Avstriya)
İlk oyun - 5:0

"Bazel" (İsveçrə) - "Ayntraxt" (Frankfurt, Almaniya)
İlk oyun - 3:0

"Kopenhagen" (Danimarka) - "Başakşehir" (Türkiyə)
İlk oyun - 0:1

"Roma" (İtaliya) - "Sevilya" (İspaniya)

"Xetafe" (İspaniya) - "İnter" (İtaliya)

1/4 final: İlk oyunlar - 10 avqust, cavab görüşləri - 13 avqust

Yarımfinal: İlk oyunlar - 17 avqust, cavab görüşləri - 20 avqust

Final: 26 (27 avqust)

Qeyd edək ki, Çempionlar Liqasının yarımfinal və final oyunlarının Türkiyənin İstanbul şəhərində, Avropa Liqasında isə yarımfinal və final matçlarının Polşanın Qdansk şəhərində keçirilməsi nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.