"Bavariya"nın hücumçusu Robert Levandovski növbəti dəfə ata olub.
Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Levandovski instaqram hesabında bu barədə paylaşım edib. Polşalı futbolçu yenicə dünyaya gələn qızı ilə birlikdə fotosunu paylaşıb və yazıb:
"Salam, balaca. Dünyaya xoş gəldin, Laura. Anamıza əhsən".
Levandovski cütlüyünün ilk övladı - Klara 2017-ci ildə anadan olmuşdu.
Milli.Az