İdman

Bundesliqanın ən sürətli futbolçusu odur

6 May 2020 11:55
0 Şərh     Baxış: 1 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniya Bundesliqasının ən sürətli futbolçusu müəyyənləşib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Dortmund "Borussiya"sında icarə əsasında çıxış edən Əşrəf Hakimi çempionatın ən sürətli oyunçusudur.

Müqavilə ilə "Real"a məxsus olan Mərakeş millisinin müdafiəçisi oyun zamanı saatda 36.49 km sürət yığmağa müvəffəq olub. İkinci yeri "Bayer"in yarımmüdafiəçisi Mussa Diabi tutur. İlk "10-luq"da "Bavariya"nı təmsil edən yeganə futbolçu Kinqsli Koman özünə 4-cü pillədə yer edib.

Sürətli oyunçular arasında transfer dəyəri ən yüksək olanlar da məhz Hakimi ilə Komandır. Onlar müvafiq olaraq 54 və 40 milyon avro dəyərindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.