İdman

"Mbappe bəyəndiyim oyunçudur" - Yurgen Klopp

6 May 2020 11:28
0 Şərh     Baxış: 1 017
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın transfer siyasətini şərh edib.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, o, heyətin gəncləşdirilmə ehtimalına münasibət bildirib:

"Mane və Salah uzun illər "Liverpul"da oynaya biləcək qədər gəncdirlər. Mən heyətimdən tamamilə razıyam və digər oyunçuların gələcəyini xəyal etmirəm. Mbappe və ya Sançonu ala biləcəyimizi zaman göstərəcək, hazırda əsas məqsədimiz əlimizdə olan oyunçularla maksimuma çatmaqdır. Düzdür, adı çəkilən iki futbolçunu da bəyənirəm. Mbappe və Sanço müstəsna oyunçulardır, amma mənim onlara heç vaxt məşq etməməyim problem olmayacaq".

Qeyd edək ki, fransalı hücumçunun "qırmızılar"a keçəcəyi iddia edilir. O, Paris təmsilçisinin müqavilə uzatma təklifni geri çevirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.