İdman

Konte Poqbanın alınmasını istəyir

4 May 2020 15:14
0 Şərh     Baxış: 1 367
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" "Mançester Yunayted"in futbolçusu Pol Poqbanı transfer edə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, baş məşqçisi Antonio Konte komandasının orta xəttindən narazıdır. Onu qışda "Tottenhem"dən transfer edilən Kristian Eriksenin oyunu qane etmədiyi bildirilib.

Bu səbəbdən italiyalı mütəxəssis Poqbanın alınması üçün klub rəhbərliyinə müraciət edib. Bildirilib ki, Milan təmsilçisi fransalı yarımmüdafiəçinin təzminat qiymətinin yüksək olduğu üçün (80 milyon avro) onun sözləşməsinin sona çatmasını gözləyir. 27 yaşlı futbolçunun müqaviləsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Poqba ilə "Real", PSJ və onun sabiq klubu "Yuventus" da maraqlanır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.