İdman

“Real”dan ayrılmaq istəmirəm” - Marselo

2 May 2020 12:54
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Real"ın müdafiəçisi Marselo komandadan ayrılacağı ilə bağlı iddialara cavab verib.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, futbolçu, sosial şəbəkə hesabından etdiyi canlı yayımda "kral klubu"nda qalmaq istədiyini bildirib:

"Yuventus"la müqavilə imzalamağımla bağlı xəbərləri çoxdan eşidirəm. İnsanlar çox şey deyə bilər, amma "Real"dan ayrılmaq istəmirəm. Burda özümü çox yaxşı hiss edirəm. Bura gələndən bəri inanılmaz şeylər yaşamışam. "Real"la yenidən Çempionlar Liqasını qazanmaq istəyirəm".

31 yaşlı futbolçu, qarşılaşdığı ən çətin rəqibin adını da açıqlayıb:

"Rəqiblər "Real"a qarşı son oyunlarını keçirirlərmiş kimi oynayırlar. Heç vaxt Kriştiano Ronaldoya qarşı oynamamışam, amma indiyədək qarşılaşdığım ən çətin rəqib Lionel Messidir. Qarşılaşdığım çətin futbolçular çox olub. Bir vaxtlar "Sevilya"da oynayan Jesus Navas da çətin futbolçulardan idi. Bir dəfə "Sevilya" ilə oyundan sonra üç həftə məni tənqid etdilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.