İdman

53 yaşlı Mayk Tayson sürəti ilə heyrətləndirdi - VİDEO

2 May 2020 11:34
0 Şərh     Baxış: 1 978
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Boks üzrə mütləq çəkidə sabiq dünya çempionu Mayk Tayson "Twitter" istifadəçilərini məşq zamanı zərbələrini vurma sürəti ilə heyrətləndirib. 

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, idmançı məşq etdiyi videoçarxı özünün sosial şəbəkədəki hesabında paylaşıb.

Kadrlardan görünür ki, 53 yaşlı Tayson məşqçisi ilə zərbə vurma və yerdəyişmə üzərində işləyir.

"Twitter" istifadəçiləri sabiq dünya çempionunun hərəkətləri hansı güc və sürətlə yerinə yetirdiyinə fikir veriblər.

Xatırladaq ki, Tayson nümayiş xarakterli çıxış üçün rinqə dönə biləcəyini demişdi və qeyd etmişdi ki, müntəzəm məşqlərə qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.