İdman

Meydana tüpürən futbolçuya sarı vərəqə göstərilsin - FİFA-dan təklif

28 Aprel 2020 09:10
0 Şərh     Baxış: 1 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA-nın səhiyyə komitəsinin rəhbəri Mişel D'Oqe futbol çempionatları bərpa olunduqdan sonra yeni bir qaydanın tətbiq edilməsini təklif edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "The Telegraph"a açıqlamasında bundan sonra futbolçuların meydana tüpürməsinin qadağan edilməli olduğunu bildirib. O, koronavirus pandemiyasına qarşı mübarizədə bu qadağanın vacib olduğunu deyib:

"Bu, heç gigiyenik deyil. Oyunlar başalayanda bundan qorunmalıyıq. Məncə, belə oyunçuları sarı vərəqə göstərməklə bu vərdişdən çəkindirmək olar. Çünki koronavirus hava-damcı yolu ilə keçir. Təkcə bu fakt matçları bərpa etmədən öncə hər məqama nə dərəcədə diqqət yetirməli olduğumuzu göstərir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.