İdman

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi - FOTO

10 Avqust 2025 05:05
Baxış: 429
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

İsveçrəli ulduz Alişa Lemanna qadınlar arasında Avropa çempionatı üçün şəxsi mühafizəçi verilib. 

Milli.Az-ın xəbərinə görə, 26 yaşlı Lemann dünyanın ən məşhur qadın futbolçularından biridir. Lemann hələ İsveçrə millisinin heyətində meydana ciddi təsir göstərməsə də, onun hüdudlarından kənarda 16,8 milyon "Instagram" izləyicisi onu görməyə çalışır.

İsveçrənin qadınlardan ibarət komandasının sözçüsü Sven Mikosse bildirib ki, qıza marağın artması səbəbindən özəl mühafizəçi işə götürülüb.

"Bütün stadionlarda oyunçuların təhlükəsizliyi həmişə bizim üçün əsas prioritet olub. Turnir zamanı mühafizə rəisi hər zaman meydanda olur. Oyunlardan sonra oyunçular azarkeşlərə yaxınlaşanda o, həmişə orada olur və Alişa Lemann şöhrəti sayəsində bəzən onları hərdən müşayiət edir".  /Lent.az

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.