İdman

Futbol üzrə Argentina Çempionatı vaxtından əvvəl bitəcək

28 Aprel 2020 07:35
0 Şərh     Baxış: 816
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi ölkə çempionatını vaxtından əvvəl bitirəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə AFA-nın prezidenti Klaudio Tapia bildirib.

K.Tapia bildirib: "Biz turniri başa vurmağa hazırlaşırıq".

Assosiasiyanın prezidenti qeyd edib ki, yekun qərar AFA İcraiyyə Komitəsinin iclasında veriləcək.

AFA rəhbəri mövsümün sonunda liqalar arasında komanda mübadiləsi olmayacağını da söyləyib.

Qeyd edək ki, hazırda turnir cədvəlində 23 matçda 48 xal qazanaraq birinci yerdə Boka Xuniors, ikinci yerdə River Pleyt (47 xal), üçüncü yerdə isə Veles Sarsfild (39 xal) qərarlaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.