İdman

"Barselona" Ter Ştegenlə danışıqları dayandırıb

27 Aprel 2020 20:30
0 Şərh     Baxış: 1 131
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona" Mark-Andre Ter Ştegenlə danışıqları dayandırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Kataloniya klubunun rəhbərliyi koronavirusla bağlı vəziyyətə görə belə addım atmağa məcbur qalıb. Lakin tərəflər yeni müqavilə ilə əlaqədar danışıqları gələcəkdə davam etdirməyə razılaşıblar.

Bir müddət əvvəl "Barselona" rəhbərliyi 27 yaşlı qapıçıya yeni müqavilə təklif etsə də, almaniyalı futbolçu məvaciblə bağlı narazılığını bildirmişdi. Klub onun illik məvacibinin 6,5 milyon avroya qaldırılacağını desə də Mark-Andre razılaşmamışdı.

Qeyd edək ki, Ter-Ştegenin "Barselona" ilə müqavilə müddəti 2022-ci ilin iyununda başa çatır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.