İdman

Danimarka Futbol İttifaqının rəhbəri Avro oyunlarının ölkədə keçirilməsinə şübhə edir

27 Aprel 2020 07:41
0 Şərh     Baxış: 823
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Danimarka Futbol İttifaqının rəhbəri Yesper Möller, Avropa çempionatının oyunlarının 2021-ci ildə Danimarkada keçirilməsi məsələsindən narahat olduğunu bildirib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, Y.Möller bu barədə "Sky Sports" kanalına açıqlamasında deyib.

Narahatçılıqa daha bir səbəb ölkədə eyni zamanda "Tur de Frans" veloyarışların keçirilməsi məsələsidir.

Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) martın 17-də koronavirus pandemiyası səbəbindən Avropa çempionatını təxirə salmaq qərarına gəlib. Turnir 11 iyun - 11 iyul 2021 tarixlərində keçiriləcək. Təşkilatçılar UEFA-ya aprelin 30-dək təsdiq edilmiş müddətlərdə oyunların keçirilməsinə zəmanət verməlidirlər. "Tur de Frans" 2021-ci ildə Kopenhagendə başlayacaq və marşrutun yolu ilk dəfə Danimarkadan keçəcək.

"2021-ci ilin yayında Avropa çempionatının dörd oyununu keçirməyə hazırıq, amma tərəfdaşlarımızın qeyd-şərtsiz dəstəyi olmadan bunu edə bilmərik. Buna yalnız son razılığa gəldiyimiz zaman əmin olacağam", - Y.Möller deyib.

Xatırladaq ki, turnir Avropanın 12 şəhərində keçirilməlidir və çempionatın dörd qarşılaşması Kopenhagendə keçirməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.