İdman

Mayk Tayson rinqə qayıda bilər

25 Aprel 2020 17:06
0 Şərh     Baxış: 1 588
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Boks üzrə keçmiş dünya çempionu Mayk Tayson xeyriyyə məqsədli döyüşlər üçün rinqə qayıda bilər".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu 53 yaşlı sabiq boksçu özü deyib.

O, hazırda məşqlərini davam etdirdiyini bildirib.

M.Tayson əlavə edib ki, rinqdə 3-4 raund keçirə bilməsi üçün forma yığmağa çalışır.

Qeyd edək ki, ağır çəkidə mütləq dünya çempionu olmuş boksçu 2005-ci ildə karyerasını bitirib. Mayk Tayson karyerası ərzində keçirdiyi döyüşlərdə 44-ü nokautla olmaqla 50 qələbə qazanıb, 6 dəfə məğlub olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.