İdman

Millimizin futbolçusu sosial şəbəkələrdə özlərini reklam edənləri tənqid etdi

25 Aprel 2020 13:49
0 Şərh     Baxış: 870
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan milli komandasının və Almaniyanın "Ertsgebirge" klubunun futbolçusu Dmitri Nazarov koronavirus pandemiyası dövründə sosial şəbəkələrdən istifadə edərək özlərini reklam edənləri tənqid edib. 

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, Nazarov özünün bu dövrdə də sosial şəbəkələrdən uzaq olduğunu etiraf edib. Bu barədə 30 yaşlı hücumçu "Bild"ə açıqlama verib. 

Nazarov özünü belə məşğuliyyətə ehtiyac duymayan azsaylı şəxslərdən biri kimi dəyərləndirib: "Vaxtımı heç də həmişə mobil telefonumla əyləncəyə, məlumat yerləşdirməyə və ya başqalarının nə iş görmələrinə sərf etmirəm. Qurdalanmaq mənim işim deyil. Bu baxımdan, bir qədər köhnə məktəbdənəm və boş vaxtlarımda telefonumu bir neçə saatlıq kənara qoymağa üstünlük verirəm. Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.