İdman

“Çelsi” ilə anlaşa bilməyən futbolçu “Liverpul”un hədəfində

25 Aprel 2020 15:12
0 Şərh     Baxış: 1 275
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Çelsi" ilə müqaviləsi cari mövsümün sonunda bitəcək Villian karyerasını Premyer Liqada davam etdirə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Liverpul" 31 yaşlı yarımmüdafiəçini heyətinə qatmaq niyyətindədir. Bu barədə "The Sun" nəşri məlumat yayıb.

Mersisayd klubunun Villianla danışıqlara başladığı bildirilir. "Liverpul" braziliyalı futbolçuyla razılıq əldə etsə, mövsümün sonunda azad agent kimi heyətinə qatacaq. Villianın da karyerasını Premyer Liqada davam etdirmək istədiyi bildirilir.

Villian 2013-cü ildən "Çelsi"nin şərəfini qoruyur. London klubu ona 2 illik müqavilə təklif etsə də, futbolçu 3 illik sözləşmə tələb etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.