İdman

UEFA “Avro-2020”nin adını olduğu kimi saxlayıb

25 Aprel 2020 08:28
0 Şərh     Baxış: 825
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Avro-2020"nin 2021-ci ilin yayına qədər təxirə salınmasının ardınca və hərtərəfli təhlildən, eləcə də UEFA-nın tərəfdaşları ilə aparılmış müzakirələrdən sonra Avropa futbol qurumunun İcraiyyə Komitəsi turnirin "Avro-2020" adı ilə tanınmağa davam etməsi barədə qərar qəbul edib.
Milli.Az AFFA-nın saytına istinadən xəbər verir ki, bu qərar UEFA-ya Avropa futbol çempionatının 60-cı ildönümünün (1960-2020) təntənəli şəkildə qeyd olunması ilə bağlı ilkin ideyanı qoruyub saxlamağa imkan yaradır.

Qərar, eyni zamanda, "Avro-2020"nin dayanıqlı olması və israfçılığa səbəb olmaması ilə bağlı UEFA-nın öhdəliyinə də uyğun gəlir. Turnirin təxirə salınmasına qədər çox sayda brendləşdirilmiş material artıq istehsal edilib. Tədbirin adının dəyişdirilməsi bu məhsulların məhv edilib yenidən hazırlanmasına gətirib çıxara bilərdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.