İdman

Şəhriyar Məmmədyarov bir gündə 20 nəfərlə şahmat oynayacaq

24 Aprel 2020 14:06
0 Şərh     Baxış: 1 058
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Məşhur qrossmeysterimiz Şəhriyar Məmmədyarov ABŞ-ın "US Chess Hub" təşkilatı tərəfindən təşkil edilən və chess.com saytında yayımlanacaq onlayn seansda iştirak edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, şahmatçımız maksimum 20 nəfərlə oynayacaq. Onun rəqiblərindən dörd nəfər ABŞ Şahmat Federasiyasının reytinqi ilə 2300, 2200, 2100 və 2000-ci xalı olan, digər 16 nəfər isə 2000-dən aşağı xala malik şahmatçı olacaq.

Həmin 20 nəfər 45 dəqiqə + 10 saniyə, Məmmədyarov isə 90 dəqiqə + 10 saniyə sistemi ilə oynayacaq. Daha sonra 45 dəqiqəlik fasilə müddətində analiz, sual-cavab prosesi baş tutacaq.

Həmin mərhələ "Zoom" proqramı vasitəsilə canlı yayımlanacaq və suallara Şəhriyar Məmmədyarovla yanaşı, ABŞ-da yaşayan digər qrossmeysterimiz Rəşad Babayev cavab verəcək.

Yarışın təşkilatçısı və prosesdə iştirak edəcək şahmatçılarımızdan biri də Rəşad Babayevdir. O, hazırda ABŞ-da yaşayır və məşqçilik karyerasında böyük nailiyyətlərə imza atıb.

Qeyd edək ki, sözügedən seans mayın 3-də baş tutacaq. Yarış ABŞ-ın Sietl şəhərinin vaxtı ilə saat 09:00-da başlayacaq. Şahmatçımızla oynamaq və bu seansda iştirak etmək arzulayanlar üçün qeydiyyat mayın 2-dək davam edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.