İdman

UEFA daha bir Avropa çempionatını təxirə saldı

23 Aprel 2020 19:04
0 Şərh     Baxış: 875
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA qadınlar arasında gələn il keçirilməli olan Avropa çempionatını təxirə salıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, turnirin 2021-ci ildə yox, 2022-ci ildə keçiriləcəyi açıqlanıb. Bildirilib ki, kişilər arasında Avro-2020-nin koronavirus səbəbindən 2021-ci ilə salınması ilə əlaqədar bu qərar verilib.

UEFA qadın futbolunun inkişafı üçün hər iki turnirin eyni ildə keçirilməsini istəməyib. Bununla da, qadınlar arasında Avropa çempionatının 2022-ci ilin yayında yeganə böyük turnir olacağı vurğulanıb.

Qeyd edək ki, qadınlar arasında Avropa çempionatı 6-31 iyul tarixlərində İngiltərədə keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.