İdman

Beyldən doğulduğu xəstəxanaya 500 minlik yardım

23 Aprel 2020 09:49
0 Şərh     Baxış: 834
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uels millisinin və "Real"ın yarımmüdafiəçisi Qaret Beyl də koronavirusla mübarizədə yardım kampaniyasına qoşulub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Uels Universiteti Xəstəxanasına 500 min funt-sterlinq bağışlayıb. Bu barədə sözügedən xəstəxananın yaydığı açıqlamada bildirilir:

"Uels yığmasının və "Real"ın futbol əfsanəsi Qaret Beyl və həyat yoldaşına böyük yardımı üçün təşəkkür edirik".

Beyl isə bu xəstəxanada doğulduğunu və buranın onun üçün özəl bir yer olduğunu deyib: "Ən çətin mübarizə hazırda səhiyyə işçilərinin üzərinə düşür. Bu xəstəxana mənim üçün çox özəldir. Çünki mən burada anadan olmuşam. Xəstəxananın mənə və ailəmə böyük xidmətləri olub. Biz də indi onlara dəstək vermək istədik".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.