İdman

“Bavariya”nın futbolçusu əməliyyat olundu

22 Aprel 2020 11:54
0 Şərh     Baxış: 753
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Korentin Tolisso əməliyyat olunub.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə Münhen təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Fransalı futbolçunun sol ayağındakı ağrılar səbəbindən cərrahiyyə əməliyyatına ehtiyac duyulub. 25 yaşlı yarımmüdafiəçinin əməliyyatı uğurlu alınıb. Fransa millisinin üzvü 4 həftə sonra məşqlərə başlaya biləcək.
 
Tolisso bu mövsüm bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 3 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun "Bavariya" ilə 2022-ci ilin iyun ayına kimi müqaviləsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.