"Bayern" futbolçusu Alfonso Devisin müqaviləsini uzadıb.
Milli.Az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi 19 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin iyununa kimi saziş bağlayıb.
19 yaşlı kanadalı futbolçu 2019-cu ildən Almaniya klubunda çıxış edir. Qana əsilli kanadalı futbolçu bu mövsüm meydana çıxdığı 32 matçda 1 qol vurub.
Milli.Az