"Bayern" gənc futbolçunun müqaviləsini uzatdı

21 Aprel 2020 16:46

"Bayern" futbolçusu Alfonso Devisin müqaviləsini uzadıb.

Milli.Az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi 19 yaşlı yarımmüdafiəçi ilə 2025-ci ilin iyununa kimi saziş bağlayıb.

19 yaşlı kanadalı futbolçu 2019-cu ildən Almaniya klubunda çıxış edir. Qana əsilli kanadalı futbolçu bu mövsüm meydana çıxdığı 32 matçda 1 qol vurub.

Milli.Az