İdman

"Liverpul" "İnter"in futbolçusuna "elçi düşüb"

21 Aprel 2020 15:34
0 Şərh     Baxış: 950
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"İnter"in yarımmüdafiəçisi Martselo Brozoviç karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, "Liverpul" Brozoviçlə yaxından maraqlanır. "İnter" 27 yaşlı futbolçunu təzminat məbləğindən - 60 milyon avro - aşağı qiymətə satmaq niyyətində deyil. "Liverpul" da daxil olmaqla, potensial alıcıların hazırda sözügedən məbləği ödəmək gücündə olmadıqları bildirilir.

"İnter" Brozoviçin müqaviləsini uzatmağı planlaşdırır. Onun hazırkı sözləşməsi 2022-ci ilin yayında başa çatacaq.

Cari mövsümdə İtaliya A Seriyasında 25 matçda meydana çıxan xorvat oyunçunun aktivində 3 qol, 5 məhsuldar ötürmə var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.