İdman

“Arsenal”da da maaşlar azaldıldı

21 Aprel 2020 09:08
0 Şərh     Baxış: 905
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal" futbolçularının məvaciblərini azaldıb.

Milli.Az qol.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

"Arsenal" rəhbərliyinin futbolçularla və məşqçilərlə onların aylıq məvaciblərinin 12,5 faiz azaldılması barədə razılığa gəldiyi bildirilib. Maaş endirimi bu ilin aprelindən 2021-ci ilin martına qədər olan dövrü əhatə edəcək.

O da bildirilib ki, qarşıdakı bir il ərzində "Arsenal"ın imkanları ehtimal olunandan yüksək olsa, həm futbolçuların, həm də məşqçilərin məvacibindən tutulan hissə onlara geri qaytarılacaq.

Qeyd edək ki, daha öncə "Arsenal"ın futbolçularının məvaciblərinin azaldılmasına qarşı çıxdıqları bildirilirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.