İdman

Daha bir dünya çempionatı ləğv olundu

17 Aprel 2020 12:19
0 Şərh     Baxış: 1 203
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadada 18-22 aprel tarixlərində keçirilməsi planlaşdırılan fiqurlu konkisürmə üzrə dünya çempionatı ləğv olunub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Konkisürmə İttifaqının (ISU) rəsmi saytı xəbər yayıb.

Bildirilib ki, bu yarışla yanaşı, Seulda keçirilməsi nəzərdə tutulan şort-trek üzrə dünya birinciliyi və Leyk-Plesiddə planlaşdırılan sinxron konkisürmə üzrə dünya çempionatı da baş tutmayacaq.

Qeyd edək ki, Kanada hökuməti aprelin 11-də yarışın ləğvinə qərar versə də, ISU turnirin bu ilin oktyabrından əvvəl keçirilməsinin mümkünlüyünü açıqlamışdı.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.