İdman

Çempionlar Liqasının finalı avqustun 29-da keçiriləcək

16 Aprel 2020 23:31
0 Şərh     Baxış: 1 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Çempionlar Liqasının final oyunu avqustun 29-da keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Britaniyanın "The Telegraph" nəşri məlumat yayıb.

Hazırda Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Avropa kuboku turnirlərinin oyunlarını koronavirus pandemiyası səbəbindən təxirə salıb, əksər Avropa ölkələrinin milli çempionatlarında, eləcə də milli komandaların oyunları keçirilmir.

Çempionlar Liqası 1/8 final mərhələsində dayandırılıb, 1/4 final iştirakçılarının yalnız yarısı müəyyənləşə bilib. Final matçı mayın 30-da İstanbulda (Türkiyə) keçirilməli idi. UEFA 1/4 finalın ilk oyunlarını 28-29 iyulda keçirməyi planlaşdırır, turnirin qalan hissəsi avqustda başa çatmalıdır. Avropa Liqasının finalı avqustun 26-na təyin olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.