İdman

Premyer Liqa üçün son tarix

16 Aprel 2020 13:35
1 Şərh     Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Premyer Liqa klublarının rəhbərləri sabah turnirin gələcəyini müzakirə edəcəklər.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, oyunçuların müqavilələrində problem yaşamamaq üçün mövsümü iyunun 30-da bitirmək planlaşdırılır.

Məlumata görə, bir neçə futbolçunun sözləşməsi sona çatmaq üzrədir. Bununla yanaşı, klublar mövsümün tamamlanmasını istəyir. Onlar heç bir halda çempionatın ləğv edilməsinin tərafdarı deyillər.

FİFA oyunçuların mövsüm bitənə qədər komandalarda qalacağını açıqlasa da, Premyer Liqa təmsilçiləri futbolçuların klubu tərk edə biləcəyini düşünür. Bu səbəbdən də klublar mayın sonunda məşqləri bərpa etmək niyyətindədirlər. İyunun axırı isə liqanın tamamlanacağı bildirilir.

Qeyde dək ki, çempionatın başa çatmasına 9 tur qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.