Şahmat üzrə dünya çempionu Maqnus Karlsen "Banter Blitz Cup" onlayn turnirində gözlənilməz məğlubiyyətlə üzləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, norveçli qrossmeyster turnirin finalında 16 yaşlı iranlı Alirza Firudjuya 7.5:8.5 hesabı ilə uduzub.
Məğlubiyyətdən sonra Karlsen bildirib: "Əlirza layiqli qələbə qazandı. O, inanılmaz dərəcədə güclüdür".
Qeyd edək ki, Firudja titulla birgə 14 min dollar qazanıb.
Milli.Az