"Valensiya"nın futbolçusu Esekiel Qaray koronavirusa qalib gəlib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi sosial şəbəkə hesabından məlumat yayıb. Qaray, tamamilə sağaldığını bildirib.
Argentina millisinin də üzvü olan müdafiəçinin martın 15-də koronavirus testi müsbət çıxmışdı.
Milli.Az