"Valensiya"nın futbolçusu koronavirusdan sağaldı

15 Aprel 2020 18:59

"Valensiya"nın futbolçusu Esekiel Qaray koronavirusa qalib gəlib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə 33 yaşlı müdafiəçi sosial şəbəkə hesabından məlumat yayıb. Qaray, tamamilə sağaldığını bildirib.

Argentina millisinin də üzvü olan müdafiəçinin martın 15-də koronavirus testi müsbət çıxmışdı.

Milli.Az