İdman

İtaliya A Seriyası ilə bağlı yeni açıqlama

15 Aprel 2020 18:39
1 Şərh     Baxış: 995
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya Futbol Federasiyasının prezidenti Qabriel Qravina koronavirusa görə dayandırılan A Seriyasında mövsümün tamamlanmasını istəyir.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Qravina öz açıqlamasında deyib:

"Elmə hörmət edirəm, ancaq niyyətimizdən dönə bilmərik. Hazırda nə vaxt oynamağa başlayacağımız deyil, necə oynayacağımız üzərində çalışırıq.

İtaliyada digər sektorlarda da vəziyyət düzələndə, futbol da geri qayıdacaq. Bunu bir daha və hər kəs üçün deyirəm, A Seriyasının tamamlanması lazımdır, hələ zamanımız var".

Qeyd edək ki, A Seriyası koronavirus pandemiyasına görə qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.