"Azərbaycanda çempionat mayın sonlarından tez bərpa edilməyəcək"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Həmişə Kiyevlə əlaqə saxlayıram. Ona görə deyə bilərəm ki, Bakıda karantin qaydaları daha sərtdir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Səbail"in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin "Zbirna" nəşrinə müsahibəsində deyib.
O, ölkəmizdə koronavirusla mübarizədən, karantin rejimi qaydalarında danışıb: "Evimizin həyətində mağaza var, ora problemsiz gedə bilirəm. Bazara getmək lazımdırsa, icazə almaq üçün xüsusi nömrəyə sms göndərməlisən. Artıq bunu iki dəfə etmişəm.
Dostlarım mənə şəhərdə postların olduğunu deyib. Bəzən maşınları saxlayaraq, yaşayış yerini tərk etmək barədə sms-in olub-olmadığını yoxlaya bilərlər. Buna görə sms göndərmək sonradan problemlərlə üzləşməkdən daha yaxşıdır.
Mağazaya gedərkən tibbi maskadan və əlcəkdən istifadə vacibdir. Karantin başlayanda gəzmək, basketbol oynamaq mümkün idi. İndi isə bütün yerlər hasarlanıb, qadağa qoyulub".
Rıbka Azərbaycanda koronarisusa yoluxan xəstənin az olduğunu bildirib: "Statistikaya inanmıram, bu, hər ölkəyə aiddir. Azərbaycanda çoxlu sayda xəstə yoxdur, dövlət virusun yayılmaması üçün bütün tədbirləri səmərəli şəkildə həyata keçirir".
Qolkiper Azərbaycanı tərk edə bilməməsinin səbəbini də açıqlayıb: "3-4 günlük vaxt var idi. Amma mən klubumla əlaqədə olduqda dedilər ki, çempionat tezliklə bərpa oluna bilər və ya ən azı məşqlər etməyimiz mümkündür. Ona görə də qalası oldum. Amma başqa ölkədə qalan ukraynalı legioner təkcə mən deyiləm. Türkiyə və Ukraynada qalan həmyerlilərim də var".
Rıbka "Çempionatı davam etdirmək mümkün olacaqmı" sualını belə cavablandırıb: "Bizim cəmi 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa edilsə, bu, mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq. UEFA çempionatı sona çatdırmadan çempion və mükafatçıları təyin edən ölkələrin Avropa yarışlarında yerlərini itirə biləcəyini açıqladı. "Qarabağ", "Neftçi" kimi klublar üçün avrokubokda iştirak etmək yaxşı maddi köməkdir. Buna görə də, buradakı hər kəs çempionatın bərpasında və oynanılmasında maraqlıdır".
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
David Alaba İtaliya klubuna transfer olundu
-
Si Szinpin ABŞ-a yola düşdü
-
Qışda uşaqları xəstə edən soyuq deyilmiş
-
“Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib - (Foto)
-
Uşağı məktəbə nə vaxt göndərmək olmaz?
-
Sərxan Kərəmoğlu: “Azərbaycanda özümdən artıq müğənni bilmirəm, hamısından üstünəm”
-
Əfv sərəncamının icrasına başlanılıb - (Yenilənib)
-
Haalanddan türk mahnısı ilə sürpriz
-
MİDA-nın 13 qeyri-yaşayış obyekti hərraca çıxarılır
-
Rusiya Zelenskinin təhlükəsizliyini təmin etməyə hazırdır
-
Əməkdar artist: “Həkimlər çəkici elə vurublar ki, sümüyüm sınıb”
-
Verstappen Bakıda mövsümün ilk qələbəsini qazanmağa çalışacaq
-
Azərbaycanda hava kəskin dəyişir - Xəbərdarlıq edildi
-
Türkiyənin 36 vilayətində əməliyyat: 826 şübhəli saxlanıldı
-
Murat Boz “Allah belanı versin" deyib, mikrafona tüpürdü - (Video)
-
Zeynəb Xanlarova Türkiyədə əməliyyat olundu
-
AFFA-dan “İmişli”nin futbolçusuna 6 oyunluq cəza
-
Bir vəkil kollegiyadan çıxarıldı, ikisinə töhmət verildi
-
Azərbaycan onu Türkiyəyə təhvil verdi
-
25 yaşlı türk futbolçu vəfat etdi - (Foto)
-
“Səhər tezdən bunun şahidi oldum” - Zaur Baxşəliyevi kövrəldən an - (Video)
-
Bakı-Sumqayıt yolunda ağır qəza - Avtomobillər aşdı - (Video)
-
Bərdədə “Kalaşnikov” avtomatı və 29 patron aşkarlandı
-
Hədəflər müəyyənləşib, Azərbaycanın yeni sənaye mərhələsi başlayır - Sevil Mikayılova





