İdman

Məşhur futbolçudan maaş endiriminə sərt reaksiya: “Oxumadan cırıb atdım”

13 Aprel 2020 11:24
0 Şərh     Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın "Lokomotiv" klubunun perulu futbolçusu Cefferson Farfan maaş endirimi təklifinə sərt reaksiya verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, dünyada yayılmış yeni tip koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar bir çox sahələr kimi futbol sənayesi də zərər görüb. Bu səbəbdən bir çox klublar oyunçularına maaş endirimi ilə bağlı təkliflər ediblər.

Farfan isə klubu tərəfindən ona yollanılmış sənədi oxumadan cırıb atdığını deyib: "Doğrudur, futbolda hər şey pul deyil, amma bir anlaşma var. Mənə rusca yazılmış axmaq bir kağız yolladılar. Oxumadan cırıb atdım. O pul mənim haqqımdır. Puluma toxunmayın, nə istəyirsiniz edin".

Qeyd edək ki, "Lokomotiv" futbolçularına 40% maaş endirimi təklif edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.