İdman

"Yüksək gəliri olan insanlar bundan dərs almalıdırlar"

12 Aprel 2020 17:46
1 Şərh     Baxış: 1 200
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Los Angeles Galaxy"nin futbolçusu Xavyer Ernandes (Çiçarito) koronavirus pandemiyası ilə bağlı fikirlərini bildirib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, o, bu xəstəliyin yaratdığı indiki durumun sosial vəziyyətindən asılı olmayaraq, hamıya həyat xəbardarlığı olduğunu söyləyib: "Yüksək gəliri olan insanlar bundan dərs almalıdırlar. Təəccüblüdür ki, mənə bu qədər çox pul verirlər. Amma bu xəstəliyə əlac tapmağa, insanlara kömək etməyə çalışan həkimlər isə heç nə qazanmırlar.

Əlbəttə, narahatam. Məni ailəm, indiki gündəlik həyatım narahat edir. İndi bütün dünyaya kömək etmək üçün özünütəcrid bizim edə biləcəyimiz ən yaxşı şeydir".

Qeyd edək ki, Çiçarito bu qış "Sevilla"dan ABŞ klubuna keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.