İdman

"Bavariya" "Mançester Siti"nin futbolçusu Saneyə görə 50 milyon avro ödəməyə hazırdır

12 Aprel 2020 08:30
0 Şərh     Baxış: 1 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Bavariya" "Mançester Siti"nin futbolçusu Leroy Sanenin transferi üçün 50 milyon avro ödəməyə hazırdır.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigenin qardaşı Mixael Rummenige açıqlamasında 24 yaşlı oyunçunun transferinin yaxın zamanda baş tuta bilərcəyini deyib. Transfer məbləğinin 2019-cu il avqustun 4-də İngiltərənin superkuboku üzrə matçında L.Sanenin aldığı zədədən əvvəl 100-150 milyon avro arasında dəyişsədə hazırda 50 milyon avro təşkil edəcəyi bildirilir.

Leroy Sane "Mançester Siti"ə 2016-cı ildə alman "Shalke" klubundan transfer edilib. İngilis klubunda futbolçu 134 oyun keçirib, 39 qol vurub və 45 ötürmə edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.