İdman

FIFA-dan tarixi qərarlar - transfer pəncərəsinin vaxtı dəyişildi

8 Aprel 2020 09:32
0 Şərh     Baxış: 1 378
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

FIFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) koronavirus pandemiyasına görə qərarlar qəbul edib.

Milli.Az sportal.az-a istinadən xəbər verir ki, qurum rəsmi açıqlamasında yeni qərarları açıqlayıb:

- Mövsümün sonunda müqaviləsi başa çatacaq futbolçular və məşqçilərin müqaviləsi liqalar bitənə kimi qüvvədə qalacaq;

- Futbolçular və klublar oyunların keçirilmədiyi vaxt üçün maaş məsələsində razılaşmalıdırlar. Əgər tərəflər FIFA-ya müraciət edərsə, 5 maddəyə önəm veriləcək:

1) Klubun futbolçu ilə anlaşmağa çalışıb-çalışmamağı;
2) Klubun maliyyə durumu;
3) Futbolçuların müqavilələrində ediləcək dəyişikliyin əmsalı;
4) Futbolçunun anlaşmadan sonrakı gəliri;
5) Komandadakı futbolçularda eyni tələbin olub-olmamağı.

- Transfer pəncərələrinin vaxtı dəyişiləcək. Hər çempionatda mövsümün startı və sonu nəzərə alınacaq. Tarixdə ilk dəfə edilmiş dəyişikliyin vaxtları gələn günlərdə açıqlanacaq;

- Çempionatların taleyi ilə bağlı görüşlər keçiriləcək. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.