İdman

Polis Runi və Uokeri saxladı

7 Aprel 2020 16:54
1 Şərh     Baxış: 789
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Polis "Derbi Kounti"nin futbolçusu Ueyn Runi və "Mançester Siti"nin müdafiəçisi Kayl Uokeri saxlayıb.

Milli.aZ qol.az-a istinadən xəbər verir ki, buna onların karantin qaydalarını pozması səbəb olub. Belə ki, qonşu olan futbolçular ailələri ilə birlikdə axşam gəzintisinə çıxıblar.  Bu zaman qadın polis onları saxlayıb və karantin qaydalarını pozduğu üçün danlayıb. Polis ailələrə evlərinə getməyi əmr edib.

Qeyd edək ki, İngiltərədə gündə 1 dəfə küçəyə çıxmaq mümkündür. Ancaq qonşularla ünsiyyət qadağandır.

Xatırladaq ki, bu, Uokerin bir neçə gün ərzində ikinci dəfə karantin qaydasını pozmasıdır. Bundan əvvəl o, iki fahişə ilə evində seks parti təşkil etmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.