İdman

"Liverpul" çempion elan edilməyəcək

4 Aprel 2020 23:38
1 Şərh     Baxış: 2 587
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus pandemiyası səbəbindən dayandırılan İngiltərə Premyer Liqasının davam etdirilməyəcəyinə və "Liverpul"un çempion elan olunacağına UEFA prezidenti Aleksander Çeferin münasibət bildirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, sloveniyalı futbol funksioneri qurumun bu yöndə məsləhət verməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

O, nə "Liverpul"un, nə də digər çempionatlardakı liderlərin vaxtından əvvəl qızıl medalla təltif edilməsinə razıdır: "Bu tip xəbərləri mən də oxudum. Ancaq UEFA-nın belə bir məsləhət verməsi uydurmadır. UEFA mövsümün tamamlanmasını və hazırkı liderlərin çempion elan edilməsini istəmir. Yalnız bu informasiyaların yalan olduğunu deyə bilərəm. Heç bir federasiyaya və ya liqa rəhbərlərinə bu formada məsləhət verməmişik. Bizim hədəfimiz çempionatları tamamlamaqdır".

Qeyd edək ki, "Liverpul" Premyer Liqada XXIX turdan sonra ən yaxın izləyicisini 25 xal qabaqlayır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.