İdman

Super Liqa nə vaxt bərpa olunur? - TFF-dən açıqlama

4 Aprel 2020 14:14
0 Şərh     Baxış: 829
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə Türkiyə Super Liqası iyuna qədər bərpa olunmayacaq.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.

Çempionatın ən yaxşı halda iyunun əvvəlindən davam edə biləcəyi qeyd olunub:

"Bizim üçün insan sağlamlığı hər şeydən önəmlidi. Çempionatların tamamlanmasını istəyirik. Ancaq yarışların iyuna qədər bərpası gözlənilmir. Komandaların hazırlığı və koronavirusla bağlı ölkədəki gedişatı nəzərə alaraq, çempionata iyunun əvvəlində başlaya bilərik. Hazırda dövlət bunun üçün bir sıra işlər görür".

Qeyd edək ki, koronavirusa görə 26-cı turda dayandırılan Super Liqada 53 xala malik "Trabzonspor" liderdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.