İdman

"Sabah"ın xorvatiyalı baş məşqçisi: "Futbolçuların hamısını nəzarətdə saxlamaq asan deyil"

2 Aprel 2020 17:06
0 Şərh     Baxış: 1 340
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu günlərdə hamı kimi, mən də evdə qalıram.

Milli.Az xəbər verir ki, bunu apasport.az saytına "Sabah"ın baş məşqçisi Jelko Sopiç deyib.

Xorvatiyalı mütəxəssis koronavirus pandemiyası ilə bağlı çempionatda yaranmış fasilə dönəmindən danışıb. 46 yaşlı çalışdırıcı gününü evdə keçirməyə üstünlük verdiyini söyləyib: "Əvvəllər hər tərəf açıq olanda az da olsa çölə, gəzintiyə çıxardım. Amma indi yalnız evdə otururam. Səhiyyə əməkdaşlarının bütün tələblərinə riayət edirəm. Günümün, demək olar ki, 99 faizini evdə keçirirəm".

Sopiç belə durumlarda futbolçuları nəzarətdə saxlamağın çətinliyindən bəhs edib. Ancaq o, yetirmələrinin xüsusi məşq proqramı əsasında evlərində çalışdıqlarını vurğulayıb: "Biz oyunçulara fərdi məşq keçmək üçün proqram vermişik. Əlbəttə, hamısını tam nəzarət altında saxlamaq o qədər də asan deyil. Bu günlər xüsusi diqqət tələb edən vaxtlardır. Futbolçulara nə etməli olduqları barədə təlimat vermişik. Onlar da tapşırdığımız proqrama uyğun məşqləri edirlər. Bundan əlavə, hər bir futbolçu özünə uyğun plan hazırlamalı, hər an hazır olmalıdır. Çünki qarşıdakı 1-2 ay ərzində necə olacağını, futbol oynayıb-oynamayacağımızı dəqiq bilmirik. Vəziyyət digər ölkələrin futbolunda da eynidir. Sadəcə, hamı gözləmə mövqeyindədir".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında XX turdan sonra fasilə yaranıb. "Sabah" hazırda 21 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.