İdman

Tokio Olimpiadasının keçiriləcəyi vaxt bilindi

30 Mart 2020 17:45
0 Şərh     Baxış: 1 514
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio Olimpiya və Paralimpiya Oyunlarının keçiriləcəyi vaxt dəqiqləşdirilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, əldə edilən razılaşmaya əsasən Yay Olimpiya Oyunları 2021-ci il iyulun 23-də, Paralimpiya Oyunları isə avqustun 24-də başlanacaq.

Qeyd edilir ki, bu barədə razılaşma Beynəlxalq Olimpiya Komitəsi (BOK), Tokio təşkilat komitəsi, Tokio paytaxt hökuməti və Yaponiya hökuməti arasında aparılan müzakirələrin nəticəsi olaraq əldə edilib.

Xatırladaq ki, "COVID-19" koronavirusuna görə Yaponiya hökuməti ilə BOK arasında əldə edilən razılaşmaya əsasən "Tokio 2020" Olimpiya və Paralimpiya Oyunları gələn il keçiriləcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.