İdman

Təşkilat Komitəsinin sədri Tokio-2020 üçün mümkün tarixi açıqladı

28 Mart 2020 14:52
0 Şərh     Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Tokio-2020 Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsi təxirə salınan yarışın yeni tarixi ilə bağlı müzakirələri davam etdirir.

Milli.Az Apasport.az-a istinadən xəbər verir ki, komitə Olimpiada üçün ən yaxşı zaman kəsiyini də müəyyənləşdirib.

Bunu Təşkilat Komitəsinin sədri Yosiro Mori açıqlayıb. O bildirib ki, Oyunların yayda keçirilməsi daha yaxşı olar: "Olimpiadanın keçirilmə tarixi üçün iyundan sentyabra qədər olan müddət barədə düşünməyin daha yaxşı olduğunu hesab edirəm. Ümid edirəm ki, gələn həftə bununla bağlı qərar qəbul edə biləcəyik".

Qeyd edək ki, 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli olan Tokio-2020 koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.