İdman

Noyer İngiltərə klubuna keçir?

28 Mart 2020 11:02
0 Şərh     Baxış: 1 120
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın "Bavariya" klubunun qapıçısı Manuel Noyer karyerasını İngiltərədə davam etdirə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Çelsi" 34 yaşlı futbolçunu heyətinə qatmaq niyyətindədir. Əsas qapıçısı Kepa Arrisabalaqanın çıxışından razı olmayan və cari mövsümün sonunda onu satışa çıxaracaq London klubu, boşluğu Noyerlə doldurmaq niyyətindədir.

"Bavariya"nın Noyerlə yeni sözləşmə ilə bağlı apardığı danışıqlar uğursuz olub. Tərəflər arasında razılıq əldə olunmasa, "zadəganlar" alman qapıçını yayda heyətinə qatacaq.

2011-ci ildən "Bavariya"nın şərəfini qoruyan Noyerin klubla müqaviləsi 2021-ci ilin yayınadək nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.