İdman

Çindən 30 min maska göndərdi

26 Mart 2020 08:02
0 Şərh     Baxış: 2 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Quançjou Everqrand" klubunun baş məşqçisi Fabio Kannavaro ölkəsinə yardım etmək qərarına gəlib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, 46 yaşlı mütəxəssisi bu addımı atmağa koronavirus pandemiyasının ölkəsində yaratdığı vəziyyət vadar edib.

Kannavaro yaşadığı Çindən doğulduğu Neapol şəhərinə 30 min ədəd maska və respirator göndərib. İtaliya millisinin sabiq kapitanı bununla kifayətlənməyəcəyini, yardımını davam etdirəcəyini açıqlayıb.

Qeyd edək ki, bu günə qədər İtaliyada 6820 nəfər koronavirus xəstəliyindən ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.