İdman

Azərbaycan millisinin sabiq futbolçusu koronavirusa görə bazadan çıxmır

22 Mart 2020 13:00
0 Şərh     Baxış: 1 480
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycan millisinin sabiq futbolçusu Ufuk Budak ailəsinin yanına getməkdən imtina edib.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, "Altınordu"nun müdafiəçisi koronavirus epidemiyası səbəbindən klubun bazasında qalmağı üstün tutub.

Onunla birlikdə ailəsi Almaniyada yaşayan digər qürbətçi futbolçular da 1-ci liqa təmsilçisinin bazasında qalmağı məqsədəuyğun biliblər. Oyunçular bunu ailələrinin yaşadığı Almaniyada koronavirus xəstəliyinin daha çox olması ilə əlaqələndiriblər.

Türkiyə klubunun kapitanı Berkay Samancı isə onlara dəstək nümayiş etdirmək üçün evinə getməyib, komanda yoldaşları ilə birgə qalmaq qərarına gəlib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.